"Ermənilər təslim olanları da qətlə yetirirdilər" - Meşəli soyqırımının şahidi
Bizim kəndimizin əhalisinə verilən bütün zülümlərin başında dayananlardan biri də Vaqif Xaçatryan olub.
Trend-in məlumatına görə, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında zərərçəkmiş Elşən İbadullayev deyib.
O qeyd edib ki, ermənilər bütün kəndi yandırırdılar.
“Səsgücləndiricilərlə insanlardan təslim olmağı dtələb edirdilər, amma təslim olanları da qətlə yetirirdilər”, - deyə o əlavə edib.