Cümə axşamı günü, 21 noyabr 2024
KÖHNƏ VERSİYA            

YAP-ın Xətai təşkilatında "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirildi - FOTO

Image

Oktyabrın 31-də  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Yusif Səfərov küçəsi 21 ünvanı üzrə ərazi partiya təşkilatında Xətai Rayon İcra Hakimiyyətinin, TƏBİB, YAP Xətai rayon təşkilatı və Mərkəzi Neftçilər Xəstəxanası birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”  mövzusunda tədbir keçirildi.

Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin ayrı-ayrı sahələrinə diqqət yönəldilir. Reallıq budur ki, əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ulu Öndər Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi.  Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Hakimiyyətinin birinci dövründə  Azərbaycanın müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev bugünümüz üçün zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi inkişafın təməlinin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvançki adına hərbi liseyin yaradılması və sair kimi biri-birindən əhəmiyyətli addımlar gələcək prioritetlərin açıqlanmasında yardımçı oldu.  Ümummilli Lider  Heydər  Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin  davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli, qalib Azərbaycanın möhkəm bünövrəsini yaratdı. Bu gün üçrəngli Bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı  direktorunun müavini Araz Nəsirov Ümummilli Lider  Heydər Əliyevin geniş və çoxcəhətli fəaliyyətinin daha mühüm istiqamətlərinin birindən – xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı sahəsində gördüyü əvəzsiz işlərdən geniş bəhs edib. Bu gün Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara uyğun inkişafının əsasında məhz dahi şəxsiyyətin yaratdığı möhkəm təməl dayanır. İyunun 17-sinin ölkəmizdə Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir. Hazırda bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan səhiyyəsi bu gün yeni inkişaf dövrünü yaşayır.

 Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə diqqəti bu mühüm reallığa yönəltdi ki, Ümummilli Lider Heydər Əliyev Sovetlər Birliyi dövründə Azərbaycanı  qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə  qayıdışından sonra   ölkəmizin müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.  Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir. İllər biri-birini əvəzlədikcə bu xidmətin  böyüklüyü  daha aydın görünür,  yüksək dəyərləndirilir.  Ümummilli Liderin fəaliyyətinin yeni istiqamətləri araşdırılır, dahi rəhbərlə bağlı yeni nəşrlər çap olunur. Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Vüqar Rəhimzadə qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha möhtəşəm qələbələrə doğru aparan Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev  yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsini tarixə qovuşdurmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, tarix faktlara əsaslanır, sonda Zəfər çalan ədalət olur. 30 ilin işğalına 44 gündə son qoymaq Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı kimi dünyaya səs saldı.  Ümummilli Lider Heydər Əliyev möhkəm bünövrə yaratmaqla yanaşı, inkişafın davamlılığını təmin etmək, Azərbaycanı hər zaman zirvələrdə görmək üçün  növbəti inamın ünvanını dəqiq göstərdi. Dahi rəhbərin 2003-cü ildə xalqa tarixi müraciəti Onun dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında mühüm yer tutur.

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov Ulu Öndər Heydər Əliyevin  Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində atdığı addımlardan geniş bəhs etdi. Bildirdi ki, Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, səhiyyə obyektləri şəbəkəsi genişləndirilmiş, yüzlərlə tibb müəssisələrinin yenidən qurulması, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Bu gün Azərbaycana hansı sahədən baxsaq Ümummilli Lider Heydər Əliyevin  xidmətlərinin ölçüyəgəlməzliyini görərik.

 Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri  Ədalət Abdullayev və Validə Vəliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan sevgisindən bəhs etdilər. Bildirdilər ki, dahi liderin hər bir addımının əsasında dövlətinə, xalqına bağlılığı dayanırdı. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu gün qalibiyyəti ilə dünyaya səs salıb. Bu uğurun müəllifi Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olundu.

Sonda Xətai rayonunun, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə Fəxri fərman təqdim edildi.








VİDEO

İrəvan iqtisadi siyasi həyatda açar mövqeni rəsmən ABŞ-a verdi... - VİDEO

2023-ün delimitasiyada dönüş ilinə dönməsi Rusiyadan asılıdır - Bakıdan Lavrova əsas mesaj... - VİDEO

Ermənistan Laçın məsələsinə Tehranı da qatdı - İranın sülh və sərhəd pozuculuğu... - VİDEO

İlham Əliyevin Qranada səfərindən imtinası şəraitə tam adekvatdır... Nə qədər ki, Fransa açıq ermənipərəstlikdən çəkilməyib...

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı... - Aydın QULİYEV yazır...

Prezident İlham Əliyev xalqa müraciət etdi - Azərbaycan öz suverenliyini bərpa etdi... - VİDEO

SON XƏBƏRLƏR

01.11.2023 / 15:54
ABŞ senatoru açıqladı - Ağ Ev etiraf etdi: HƏMAS 500 amerikalını əsir götürüb...

01.11.2023 / 15:07
Kadırov güc strukturlarına iğtişaşçıları güllələməyi əmr etdi - alnından atəş açın...

01.11.2023 / 14:25
Nazirliyin vəzifəlisi həbs edildi....

01.11.2023 / 12:17
Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

01.11.2023 / 12:01
ŞOK: Bakıda kişi qonşu qadını yumruqla vurub öldürdü!

01.11.2023 / 11:43
TƏCİLİ: Suriyada ABŞ hərbi bazasına hücum olub!

01.11.2023 / 11:41
"Ermənilər təslim olanları da qətlə yetirirdilər" - Meşəli soyqırımının şahidi

01.11.2023 / 11:35
"O cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi"

01.11.2023 / 11:18
Türkiyəli aktyor 15 milyona torpaq sahəsi aldı

01.11.2023 / 11:02
Milli Məclis sabah dövlət büdcəsini müzakirə edəcək

01.11.2023 / 11:01
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

01.11.2023 / 10:56
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanını qəbul etdi

01.11.2023 / 10:51
HƏMAS ABŞ daxilində hücumlar həyata keçirə bilər - FTB-dən xəbərdarlıq...

01.11.2023 / 10:45
Prezident İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

01.11.2023 / 10:22
Ermənistan hökuməti amerikalı reperə 6 milyon dollar ödədi

01.11.2023 / 10:15
Bu ingilis müğənni psixi pozğunluqdan əziyyət çəkir

01.11.2023 / 10:04
TÜRKSOY- un dövlət teatr rəhbərləri Bəyanat imzaladılar.. .

01.11.2023 / 10:03
"Azərpoçt"a müvəqqəti sədr əvəzi təyin olunub

01.11.2023 / 10:01
XƏBƏRDARLIQ: Bu gün Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq

01.11.2023 / 09:54
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi olacaq

01.11.2023 / 09:25
Hələ də nağdsız satışdan yayınan ticarət nöqtələri var...

01.11.2023 / 09:25
TÜRKSOY- un 1- ci Teatr Festivalı Şuşadan start götürdü....

01.11.2023 / 09:21
İsrsil diplomatı Hitlerin ulduzunu döşünə taxdı...

01.11.2023 / 09:11
FİFA DÇ-2034 üçün ev sahibi ölkəni açıqladı

01.11.2023 / 09:02
Misir Qəzza zolağı ilə sərhəddə tanklar yerləşdirdi

01.11.2023 / 08:51
İstanbulda polisimizə böhtan atdı və ifşa olundu- 500 min ?

01.11.2023 / 08:42
Rusiyaya qarşı 5,3 milyard dollarlıq sanksiya "hədiyyəsi"

01.11.2023 / 08:41
Bakıda binaların həyətlərinə girişin məhdudlaşdırılması qanunidirmi?..

01.11.2023 / 08:37
Messi bu futbolçuları “Qızıl top"a əsas namizəd kimi göstərdi

01.11.2023 / 01:07
Misir İsrailin təzyiqinə boyun əyməyəcəyini bəyan etdi - fələstinli qaçqınları qəbul etməyəcəyik

31.10.2023 / 22:54
Qarabağdakı sülhməramlıların hərbi texnikası Rusiyaya göndərilir...

31.10.2023 / 20:37
ABŞ-la İran üz-üzə dayandılar...

31.10.2023 / 20:16
Kənar Qərb güclərinin Qafqaza soxulmasının günahkarı tək Ermənistanmı? - Bəs Rusiya?..

31.10.2023 / 20:00
Kamala Harris Amerikanın Qəzza siyasətini dəyişir? - “Fələstinlilərin də hüququ var”...

31.10.2023 / 19:43
Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...

31.10.2023 / 19:34
15 min manat rüşvət alan mərkəz direktoru həbs edildi

31.10.2023 / 19:25
Qəzza fəlakəti Rusiya cəmiyyətini parçaladı...

31.10.2023 / 19:11
Paşinyan rus və fransız hərbi bazalarını kəllə-kəlləyə gətirir...

31.10.2023 / 18:55
ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”

31.10.2023 / 18:39
Azərbaycanda elektromobillər çoxlu problemlər yaradır...

31.10.2023 / 18:35
YAP-ın Xətai təşkilatında "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirildi - FOTO

31.10.2023 / 18:23
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi - FOTO

31.10.2023 / 18:10
ABŞ da Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulur - Kanadadan sonra 2-ci...

31.10.2023 / 17:55
Kanadanın ermənipərəst siyasətini Fransa yönəldir...

31.10.2023 / 17:41
Böyük Qayıdış demoqrafik tərəqqinin yeni istiqamətini açmaqdadır...

31.10.2023 / 17:38
Yəmən İsrailə müharibə elan etdi...

31.10.2023 / 17:28
Prezident Zəngəzur dəhlizinin açılmasına əlavə 14 milyon manat ayırdı...

31.10.2023 / 17:22
Netanyahunun vəziyyəti ağırlaşır...

31.10.2023 / 17:20
“Bakcell” Əhmədlidə yeni mağaza açdı - FOTO

31.10.2023 / 17:14
Müstəmləkə cinayətlərinə görə Kanada Fransa ilə bir sırada durur...

31.10.2023 / 17:00
Paşinyan Ukrayna ilə dialoqu genişləndirir - Rusiyaya yeni sürpriz...

31.10.2023 / 16:47
Rusiyadan Ermənistana gedən turistlər niyə bu qədər çoxalıb?..

31.10.2023 / 16:41
Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir...

31.10.2023 / 16:39
Prokurorluq işçilərinin say həddində dəyişikliklər edildi

31.10.2023 / 16:35
2023-cü il üzrə Ümumdünya Məskunlaşma Günü Bakıda keçiriləcək

31.10.2023 / 16:34
Ovçuların Ovçular Cəmiyyətinə üzvlüyü məcburi olmayacaq - Qanuna dəyişiklik edildi

31.10.2023 / 16:23
Türkiyə BMT TŞ-yə alternativ təşkilat yaradılmasını təklif etdi - Rusiyadan reaksiya ver...

31.10.2023 / 16:16
Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təhvil verdi

31.10.2023 / 16:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

31.10.2023 / 15:48
“İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir” - Əhliman Əmiraslanov

31.10.2023 / 15:30
Sumqayıtda 2 nəfəri öldürən şəxs evi yandırmaq istəyib - Baş Prokurorluq və DİN yeni məlumat yaydı

31.10.2023 / 15:27
Xalqın qürur yeri – şəhid Zabil Azadlı... - FOTO

31.10.2023 / 15:23
TDT-yə üzv ölkələrin liderləri Astanada toplaşır - müzakirə ediləcək məsələlər açıqlandı...

31.10.2023 / 15:10
Rəsmən təsdiqləndi - Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu başqa yerə köçürür...

31.10.2023 / 14:44
Sosial yardımlar nə qədər artacaq? - Deputat açıqladı

31.10.2023 / 14:28
Rusiyalı milyarder Fransada saxlandı

31.10.2023 / 14:05
Əli Nağıyev Buriçlə ermənilərdən danışdı....

31.10.2023 / 13:53
Azərbaycanda "TikTok"un fəaliyyəti bərpa edildi

31.10.2023 / 13:51
Kanadanın İrəvandakı səfiri Fransanı ittiham etdi - Sülh prosesinə mane olur...

31.10.2023 / 13:45
İtaliyalı admiral Azərbaycanda - Baş Qərargahda təntənəli qarşılama mərasimi keçirildi - FOTO/VİDEO

31.10.2023 / 13:31
ABŞ-ın İraqdakı hərbi bazasına hücumlar intensivləşir...

31.10.2023 / 13:18
DTX rəisi AŞ-nin baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırdı

31.10.2023 / 13:12
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşuldu

31.10.2023 / 13:03
Кто хочет столкнуть мусульман и евреев? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

31.10.2023 / 12:45
Akademik: "Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir"

31.10.2023 / 12:33
"Qərbi azərbaycanlılara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları yazılır" - Əziz Ələkbərov

31.10.2023 / 12:09
Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb - Milli Məclisdə açıqlandı

31.10.2023 / 12:02
İsraildən açıqlama: terror aktı planlaşdıran 3 nəfər saxlanılıb

31.10.2023 / 11:53
Xəstəxanalarda “Randevu” sistemi olacaq

31.10.2023 / 11:34
Mətbuat Şurası jurnalist gödəkçəsi paylamadığını bəyan etdi

31.10.2023 / 11:21
“Bakıda ucuzluqdur” - Kot-d'İvuarlı futbolçu

BAKI-XƏBƏR QƏZETİ PDF ARXİV

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930