Cümə axşamı günü, 21 noyabr 2024
KÖHNƏ VERSİYA            

Paşinyan rus və fransız hərbi bazalarını kəllə-kəlləyə gətirir...

Image

Məlum olduğu kimi, bu günlərdə Amerikanın “Wall Street Journal” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Rusiya hərbi bazalarının ölkədə olmasında heç bir üstünlük görmür.

Onun sözlərinə görə, Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmir və bu, İrəvanı digər ölkələrlə münasibətlərə yenidən baxmağa və təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarmağa məcbur edib. Kreml artıq Paşinyanın tənqidinə cavab verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva və İrəvanın qəzet vasitəsilə əlaqə saxlaması düzgün deyil. Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsi bağlamağa kömək etməyə çalışacaq.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası daimi olaraq Ermənistanda yerləşir. Onun istismarı ilə bağlı müqavilə 2044-cü ilə qədər uzadılıb. Kontingentin sayı təxminən 4 min hərbçidir. İndi maraq doğuran odur ki, Paşinyanın Moskvanı davamlı tənqid etməsindən sonra nə ola bilər və Ermənistan Rusiya hərbçilərini öz ərazisindən çıxara bilərmi? Bu barədə rus politoloq Ruslan Aisin “Current Time” telekanalına müsahibəsində olduqca maraqlı məqamlara toxunub. O hesab edir ki, Nikol Paşinyan birbaşa Moskva ilə münaqişəyə girir və bu fonda da bəyan edir ki, Ermənistan ərazisində Rusiya bazalarına ehtiyac yoxdur: “Necə deyərlər, arxetipik olaraq götürsək: “Əvvəlcə söz deyilir”. Hər şey sözlərlə başlayır. Paşinyan təcrübəli və anlayışlı insandır. Ona görə də əvvəlcə sözü ekspert məkanına, sonra ictimai sahəyə atır. Və bundan sonra, məncə, Rusiya kontingentinin Ermənistan ərazisindən çıxarılması üçün konkret addımlar atılacaq, çünki həqiqətən də, Rusiya Ermənistanın tərəfdaşı, dostu və strateji müttəfiqi statusunu itirib. Üstəlik, Paşinyan hazırda Fransa və ABŞ kimi digər maraqlı tərəflərlə münasibətləri gücləndirmək üçün fəal işləyir. Yeri gəlmişkən, İran tədricən kənara çəkilir. Ona görə də Rusiya təbii olaraq burada üçüncü ölkə statusundadır. Əvvəlcə Rusiya Ermənistanda hərbi və siyasi mövcudluğun qarantı kimi çıxış edirdi. Amma Azərbaycanla münaqişədən sonra məlum oldu ki, Rusiya Ermənistanın müdafiəçisi deyil. Üstəlik, Paşinyan əvvəlcədən də Rusiyaya qarşı yönəlmişdi. Və əvvəllər Ermənistanda yerləşmiş “Qarabağ klan”ı deyilən və ciddi şəkildə Moskvaya yönəlmiş klan indi faktiki olaraq məhv edilib. Özü də daha çox Qarabağ Azərbaycanın nəzarətinə keçəndən sonra. Ona görə də orada Rusiyanın varlığı heç bir şəkildə görünmür. Və bu mənada Paşinyan siyasi gəmisini Rusiyadan uzaqlaşdıracaq”.  Beləliklə gözlənilir ki, Paşinyan Rusiya kontingentinin Ermənistan ərazisində mövcudluğunu daha da sıxışdıracaq. Ruslan Aisin bu xüsusda qeyd edir: “Təbii ki, Rusiya buna qarşı olacaq, Rusiya qalmaq üçün hər şeyi edəcək. Bəzi təxribatları, bəlkə də atışmaları da istisna etmək olmaz. Amma ümumilikdə Ermənistan bu 102-ci bazanın yerləşməsi ilə bağlı razılaşmanı birtərəfli qaydada poza və bunun hüquqi baxımdan mümkün olmaması üçün hər şeyi edə bilər. Yaxud, məsələn, Ermənistan ərazisində digər hərbi kontingentləri yerləşdirə bilər. Məsələn, BMT-nin sülhməramlı qüvvələri və ya çox dostluq münasibətləri olan Fransa ordusunun bölmələri Ermənistana gələ bilər. Və bu mənada Rusiyanın ölkəni tərk etməkdən başqa yolu qalmayacaq. Üstəlik unutmayaq ki, KTMT də var. Bundan əvvəl Paşinyan dəfələrlə bildirib ki, Ermənistanın KTMT-də mövcudluğu sadəcə mənasızdır, çünki KTMT rəsmi İrəvana heç bir şəkildə kömək etməyib. Düşünürəm ki, əvvəlcə Ermənistanın KTMT-dən çıxması prosesi başlayacaq, sonra isə Rusiya hərbi kontingenti sıxışdırılacaq. Ümumilikdə vektor aydındır”.

Hesab edilir ki, bu ssenari fonunda Rusiya bazaları Ermənistan üçün təhlükə yaradacaq. Elə Ruslan Aisin də bunu təsdiq edir: “Əlbəttə, bu gözləniləndir. Amma Rusiya indi Ermənistanı təhdid etmək və ya orada əlavə münaqişə nöqtəsi açmaq iqtidarında deyil, çünki məlum idi ki, rus qoşunları kontingentin bir hissəsini Ukraynaya keçirir. İndi onun sadəcə kadr çatışmazlığı var, bu bazanı yeni resurslarla, yeni ehtiyatlarla doldura bilmir. Ona görə də indi bütün diqqət Ukraynaya yönəlib. Ola bilsin ki, Paşinyan buna ümid edir. Əgər Qərb dövlətləri qarant rolunda çıxış edirlərsə, unutmayaq ki, bir müddət əvvəl orada 50 nəfərin iştirakı ilə erməni-amerikan hərbi təlimləri keçirilib, amma nə olursa olsun, bu çox mühüm demarşdır. Məsələn, Amerika və Fransa bazalarının yerləşdirilməsi avtomatik olaraq orada rus kontingentinin mövcudluğunun sadəcə olaraq yersiz olduğu anlamına gələcək. Düşünürəm ki, belə halda  Paşinyan üçün təhlükə artacaq. Çünki ruslar dəfələrlə Rusiyanın Paşinyan hökumətini devirmək istəyinin olduğunu bəyan ediblər. Ona görə də hesab edirəm ki, Paşinyan da şəxsən bu bazanı tez bir zamanda bağlamaqda maraqlıdır”. Qeyd edək ki, Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Fransa bu istiqamətdə aktivliyini davam etdirir.  İrəvan nəinki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq, hətta Ermənistandakı Rusiya hərbi bazasından yaxa qurtarmağa çalışır. Ehtimallara görə, rusların fransızlarla əvəzlənməsi planı qətiləşə bilər. Keçmiş müstəmləkələrindən biabırçılıqla qovulan Fransa, görünür, Ermənistanda hərbi iştirakını qətiləşdirməkdə israrlıdır. Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edən rəsmi Parisin Ermənistanı ən müasir silahlarla təchiz etməsi də bunu göstərir.

Tahir TAĞIYEV








VİDEO

İrəvan iqtisadi siyasi həyatda açar mövqeni rəsmən ABŞ-a verdi... - VİDEO

2023-ün delimitasiyada dönüş ilinə dönməsi Rusiyadan asılıdır - Bakıdan Lavrova əsas mesaj... - VİDEO

Ermənistan Laçın məsələsinə Tehranı da qatdı - İranın sülh və sərhəd pozuculuğu... - VİDEO

İlham Əliyevin Qranada səfərindən imtinası şəraitə tam adekvatdır... Nə qədər ki, Fransa açıq ermənipərəstlikdən çəkilməyib...

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı... - Aydın QULİYEV yazır...

Prezident İlham Əliyev xalqa müraciət etdi - Azərbaycan öz suverenliyini bərpa etdi... - VİDEO

SON XƏBƏRLƏR

01.11.2023 / 15:54
ABŞ senatoru açıqladı - Ağ Ev etiraf etdi: HƏMAS 500 amerikalını əsir götürüb...

01.11.2023 / 15:07
Kadırov güc strukturlarına iğtişaşçıları güllələməyi əmr etdi - alnından atəş açın...

01.11.2023 / 14:25
Nazirliyin vəzifəlisi həbs edildi....

01.11.2023 / 12:17
Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

01.11.2023 / 12:01
ŞOK: Bakıda kişi qonşu qadını yumruqla vurub öldürdü!

01.11.2023 / 11:43
TƏCİLİ: Suriyada ABŞ hərbi bazasına hücum olub!

01.11.2023 / 11:41
"Ermənilər təslim olanları da qətlə yetirirdilər" - Meşəli soyqırımının şahidi

01.11.2023 / 11:35
"O cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi"

01.11.2023 / 11:18
Türkiyəli aktyor 15 milyona torpaq sahəsi aldı

01.11.2023 / 11:02
Milli Məclis sabah dövlət büdcəsini müzakirə edəcək

01.11.2023 / 11:01
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

01.11.2023 / 10:56
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanını qəbul etdi

01.11.2023 / 10:51
HƏMAS ABŞ daxilində hücumlar həyata keçirə bilər - FTB-dən xəbərdarlıq...

01.11.2023 / 10:45
Prezident İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

01.11.2023 / 10:22
Ermənistan hökuməti amerikalı reperə 6 milyon dollar ödədi

01.11.2023 / 10:15
Bu ingilis müğənni psixi pozğunluqdan əziyyət çəkir

01.11.2023 / 10:04
TÜRKSOY- un dövlət teatr rəhbərləri Bəyanat imzaladılar.. .

01.11.2023 / 10:03
"Azərpoçt"a müvəqqəti sədr əvəzi təyin olunub

01.11.2023 / 10:01
XƏBƏRDARLIQ: Bu gün Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq

01.11.2023 / 09:54
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi olacaq

01.11.2023 / 09:25
Hələ də nağdsız satışdan yayınan ticarət nöqtələri var...

01.11.2023 / 09:25
TÜRKSOY- un 1- ci Teatr Festivalı Şuşadan start götürdü....

01.11.2023 / 09:21
İsrsil diplomatı Hitlerin ulduzunu döşünə taxdı...

01.11.2023 / 09:11
FİFA DÇ-2034 üçün ev sahibi ölkəni açıqladı

01.11.2023 / 09:02
Misir Qəzza zolağı ilə sərhəddə tanklar yerləşdirdi

01.11.2023 / 08:51
İstanbulda polisimizə böhtan atdı və ifşa olundu- 500 min ?

01.11.2023 / 08:42
Rusiyaya qarşı 5,3 milyard dollarlıq sanksiya "hədiyyəsi"

01.11.2023 / 08:41
Bakıda binaların həyətlərinə girişin məhdudlaşdırılması qanunidirmi?..

01.11.2023 / 08:37
Messi bu futbolçuları “Qızıl top"a əsas namizəd kimi göstərdi

01.11.2023 / 01:07
Misir İsrailin təzyiqinə boyun əyməyəcəyini bəyan etdi - fələstinli qaçqınları qəbul etməyəcəyik

31.10.2023 / 22:54
Qarabağdakı sülhməramlıların hərbi texnikası Rusiyaya göndərilir...

31.10.2023 / 20:37
ABŞ-la İran üz-üzə dayandılar...

31.10.2023 / 20:16
Kənar Qərb güclərinin Qafqaza soxulmasının günahkarı tək Ermənistanmı? - Bəs Rusiya?..

31.10.2023 / 20:00
Kamala Harris Amerikanın Qəzza siyasətini dəyişir? - “Fələstinlilərin də hüququ var”...

31.10.2023 / 19:43
Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...

31.10.2023 / 19:34
15 min manat rüşvət alan mərkəz direktoru həbs edildi

31.10.2023 / 19:25
Qəzza fəlakəti Rusiya cəmiyyətini parçaladı...

31.10.2023 / 19:11
Paşinyan rus və fransız hərbi bazalarını kəllə-kəlləyə gətirir...

31.10.2023 / 18:55
ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”

31.10.2023 / 18:39
Azərbaycanda elektromobillər çoxlu problemlər yaradır...

31.10.2023 / 18:35
YAP-ın Xətai təşkilatında "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirildi - FOTO

31.10.2023 / 18:23
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi - FOTO

31.10.2023 / 18:10
ABŞ da Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulur - Kanadadan sonra 2-ci...

31.10.2023 / 17:55
Kanadanın ermənipərəst siyasətini Fransa yönəldir...

31.10.2023 / 17:41
Böyük Qayıdış demoqrafik tərəqqinin yeni istiqamətini açmaqdadır...

31.10.2023 / 17:38
Yəmən İsrailə müharibə elan etdi...

31.10.2023 / 17:28
Prezident Zəngəzur dəhlizinin açılmasına əlavə 14 milyon manat ayırdı...

31.10.2023 / 17:22
Netanyahunun vəziyyəti ağırlaşır...

31.10.2023 / 17:20
“Bakcell” Əhmədlidə yeni mağaza açdı - FOTO

31.10.2023 / 17:14
Müstəmləkə cinayətlərinə görə Kanada Fransa ilə bir sırada durur...

31.10.2023 / 17:00
Paşinyan Ukrayna ilə dialoqu genişləndirir - Rusiyaya yeni sürpriz...

31.10.2023 / 16:47
Rusiyadan Ermənistana gedən turistlər niyə bu qədər çoxalıb?..

31.10.2023 / 16:41
Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir...

31.10.2023 / 16:39
Prokurorluq işçilərinin say həddində dəyişikliklər edildi

31.10.2023 / 16:35
2023-cü il üzrə Ümumdünya Məskunlaşma Günü Bakıda keçiriləcək

31.10.2023 / 16:34
Ovçuların Ovçular Cəmiyyətinə üzvlüyü məcburi olmayacaq - Qanuna dəyişiklik edildi

31.10.2023 / 16:23
Türkiyə BMT TŞ-yə alternativ təşkilat yaradılmasını təklif etdi - Rusiyadan reaksiya ver...

31.10.2023 / 16:16
Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təhvil verdi

31.10.2023 / 16:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

31.10.2023 / 15:48
“İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir” - Əhliman Əmiraslanov

31.10.2023 / 15:30
Sumqayıtda 2 nəfəri öldürən şəxs evi yandırmaq istəyib - Baş Prokurorluq və DİN yeni məlumat yaydı

31.10.2023 / 15:27
Xalqın qürur yeri – şəhid Zabil Azadlı... - FOTO

31.10.2023 / 15:23
TDT-yə üzv ölkələrin liderləri Astanada toplaşır - müzakirə ediləcək məsələlər açıqlandı...

31.10.2023 / 15:10
Rəsmən təsdiqləndi - Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu başqa yerə köçürür...

31.10.2023 / 14:44
Sosial yardımlar nə qədər artacaq? - Deputat açıqladı

31.10.2023 / 14:28
Rusiyalı milyarder Fransada saxlandı

31.10.2023 / 14:05
Əli Nağıyev Buriçlə ermənilərdən danışdı....

31.10.2023 / 13:53
Azərbaycanda "TikTok"un fəaliyyəti bərpa edildi

31.10.2023 / 13:51
Kanadanın İrəvandakı səfiri Fransanı ittiham etdi - Sülh prosesinə mane olur...

31.10.2023 / 13:45
İtaliyalı admiral Azərbaycanda - Baş Qərargahda təntənəli qarşılama mərasimi keçirildi - FOTO/VİDEO

31.10.2023 / 13:31
ABŞ-ın İraqdakı hərbi bazasına hücumlar intensivləşir...

31.10.2023 / 13:18
DTX rəisi AŞ-nin baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırdı

31.10.2023 / 13:12
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşuldu

31.10.2023 / 13:03
Кто хочет столкнуть мусульман и евреев? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

31.10.2023 / 12:45
Akademik: "Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir"

31.10.2023 / 12:33
"Qərbi azərbaycanlılara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları yazılır" - Əziz Ələkbərov

31.10.2023 / 12:09
Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb - Milli Məclisdə açıqlandı

31.10.2023 / 12:02
İsraildən açıqlama: terror aktı planlaşdıran 3 nəfər saxlanılıb

31.10.2023 / 11:53
Xəstəxanalarda “Randevu” sistemi olacaq

31.10.2023 / 11:34
Mətbuat Şurası jurnalist gödəkçəsi paylamadığını bəyan etdi

31.10.2023 / 11:21
“Bakıda ucuzluqdur” - Kot-d'İvuarlı futbolçu

BAKI-XƏBƏR QƏZETİ PDF ARXİV

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930