Netanyahunun vəziyyəti ağırlaşır...
HƏMAS-ın girov saxladığı israillilər Netanyahuya videomüraciət ediblər və onu ittiham ediblər - "Biz dincliklə azad olunacağımızı gözləyərkən Siz vəziyyəti daha da ağır günə qoyursunuz".
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Elə bu anlarda Qüds bələdiyyəsinin binası qarşısında girovların sayı qədər - 230 boş çarpayı ilə oturaq aksiya keçirən yəhudilər də Netanyahunu qınayıblar...
Məncə, bu hadisələr nəticəsində Netanyahu hakimiyyətini itirəcək və siyasətdən gedəcək...
Tahir TAĞIYEV