Cümə axşamı günü, 21 noyabr 2024
KÖHNƏ VERSİYA            

Müstəmləkə cinayətlərinə görə Kanada Fransa ilə bir sırada durur...

Image

Kanada da antiazərbaycan mövqeyinə görə heç də Fransadan geri qalmır. Çünki imperialist siyasət yürüdən, müstəmləkəçiliyi dövlət siyasətinə çevirən, silah gücünə müstəmləkəyə çevirdiyi ölkələrin insanlarına qarşı qətliamlar, soyqırımlar, zorakılıqlar göstərən bütün istismarçı dövlətlərin hamısının suyu bir çaydan götürülüb.

Tarixi vərəqləyib keçmişinə görə utanmalı olan Kanada erməni separatizminə züy tutur. Özünün heç bir müstəqil siyasəti olmayan və iri dövlətlərin buyruğunu yerinə yetirən Kanada ermənilərin tərəfini tutmaqda davam edir. Kanadanın xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi cəfəngiyatlar isə bu dövlətin  mahiyyətini bir daha ifşa edir.

Kanada yerli hindulara qarşı törətdiyi silsilə qətliamlarla daha çox xatırlanır. Öz qanlı keçmişindən əl çəkmək əvəzinə Ermənistanı daha çox  qan tökməyə həvəsləndirən bu ölkə

Azərbaycanı əsassız olaraq “etnik dözümsüzlükdə” suçlayır. Bəs Kanada özü bilirsiz necə yaranıb?

Məlumatlara görə, Kanada ərazidəki aborigen xalqların soyqırımı nəticəsində yaradılmış dövlətdir. Əli yerli hinduların qanına batan Kanadanın hansısa ölkələri “etnik dözümsüzlükdə” ittiham etməsi gülünc görsənir, çünki o bu mövzuda kimisə ittiham edə biləcək sonuncu dövlətdir. Əvvəlcə yerli hindu uşaqları üçün 1840-cı ildə bu ölkədə açılan internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi faktlarına toxunaq. Son illər ərzində hinduların basdırıldığı saysız-hesabsız kütləvi məzarlıqlar Kanadanın necə dövlət olduğunu ortaya qoyur. Məlumdur ki, həmin internat məktəblərində 150 mindən çox yerli uşaq saxlanılıb. Hətta bəzi uşaqlar üzərində tibbi təcrübələr də aparılıb. Baş verənlər 2015-ci ildə “mədəni soyqırımı” olaraq xarakterizə edilib.

Qeyd edək ki, bir neçə il Kanada Yezuitləri və müstəqil auditorlar tərəfindən Katolik kilsələrində azyaşlıların cinsi istismarı iddiaları ilə bağlı araşdırma başladılıb. İstintaqda 27 keşişin “dəlillərə əsasən günahkar olduğu” müəyyən edilib. Almaniyanın ən hörmətli kolleclərindən biri olan Berlindəki Canisius Kollecində Xristian Cizvit təriqətinə bağlı keşişlərin cinsi təcavüz etdikləri üzə çıxıb. Sonradan müəyyən edilib ki, bu cür hallar yezuitlərə və katoliklərə bağlı olan bəzi digər internat məktəblərində də baş verib.

Kanadadakı internat məktəbləri 150.000-dən çox yerli amerikalı uşağın ağdərili əksəriyyətin üstünlük təşkil etdiyi icmalara “inteqrasiya olunmaq” üçün ailələrindən və mədəniyyətlərindən zorla çıxarıldığı yerlər kimi tarixə düşüb. Bu uşaqların əksəriyyətinin pis rəftara, aclıq və soyuğa, cinsi və fiziki zorakılığa məruz qaldığı iddia edilib. Həqiqət və Barışıq Komissiyası 2008-ci ildə Kanadada internat kilsə məktəblərində baş vermiş faciənin bütün miqyasını üzə çıxarmaq üçün yaradılmışdı. Komissiya 2015-ci ildə 1831-1996-cı illərdə fəaliyyət göstərən kilsəyə bağlı internat məktəbləri ilə bağlı araşdırmasını başa çatdırıb və 4000 səhifəlik hesabat dərc olunub. Komissiya hadisələri “mədəni soyqırım” kimi qiymətləndirib. Sözügedən hesabatda bu məktəblərdə ən azı 4200 yerli uşağın sui-istifadə və ya laqeydlik nəticəsində öldüyü bildirilir.

Kanadada Katolik Kilsənin nəzarətində olan bəzi internat məktəblərin bağçalarında çoxlu qeyri-rəsmi uşaq məzarları tapılıb.

Bəli, bu cür faktlar qarşısında gərək nə Kanada, nə də  kanadalı nazir başını yuxarı qaldırmasın. Çünki onlar da ermənilərdən heç nə ilə fərqlənmirlər.

Kanada xarici işlər naziri Melani Colini sosial səhifədəki hesabında Aİ müşahidə missiyasının Cermukdakı ofisinə səfəri barədə yazıb: “Burada, Ermənistanda biz Aİ-nin müşahidə missiyasının ofisində olduq. Kanadanın üçüncü tərəf kimi töhfəsi sayəsində Aİ-nin Ermənistandakı missiyası (EUMA) Ermənistan və Azərbaycan arasında sərhədə nəzarət edir. Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təmin edir”.

Kanadalı nazir bu və digər cəfəngiyatlar söyləməkdənsə və Azərbaycana qarşı ədalətsiz, qərəzli fikir səsləndirməkdənsə, gedib öz ayıblarına kor olsa yaxşıdır.

Kanada yerli hinduların qırğınına və internatlarda uşaqlara qarşı cinayətlərə görə beynəlxalq məsuliyyətə necə cəlb olunmalıdır?

  • “Beynəlxalq Cinayət Məhkəməsi Kanadanın da, Fransanın da soyqırım cinayətlərinə qarşı hərəkətə keçməlidir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə  şərhində bildirdi ki, Kanadanın yerli hindulara qarşı qanlı cinayətləri bütün dünyanı dəhşətə gətirib. “Kanadanın cinayətləri ifşa olunsa da, təəssüf ki, hələ də onun bu əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməyib. Fransanın Afrika xalqlarına və başqa toplumlara qarşı törətdiyi soyqırım cinayətlərini Kanada da aborigen hindulara qarşı törədib. Hesab edirəm ki, Beynəlxalq Cinayət Məhkəməsi Kanadanın da, Fransanın da soyqırım cinayətlərinə qarşı hərəkətə keçməlidir. Yerli hindular beynəlxalq ictimaiyyətə, BMT-yə, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib Kanadanın təzminat ödəməsinə nail olmalıdır”-deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyevin sözlərinə görə, Kanada kimi Amerika ölkələrinin, Avropa dövlətlərin tarixini vərəqlədikcə çox dəhşətli səhnələrlə qarşılaşırsan. “Elə dövlətlər var ki, müasir dövrdə öz keçmişini gizlədərək, özlərini yeni “demokratik” formada təqdim edirlər. Sülhsevər, insansevər dövlət imici qazanmaq istəyirlər. O cümlədən Kanada. Fransa, Almaniya, İtaliya kimi dövlətlər də çox vaxt haqsız, ədalətsiz mövqe tuturlar. İndi Fransa lap önə çıxıb. O cümlədən də ABŞ və Latın Amerikası ölkələrinin tarixində müəmmalı məsələlər çoxdur. Həm ABŞ, həm Kanada o vaxt türklərin qırmızıdərililər, dünyanın isə hindular adlandırdığı yerli xalqı ucdantutma məhv etmək yolu ilə o ərazidə məskən salıb, dövlət yaradıblar. Bunu gizlətmək mümkünsüzdür. Bu barədə kitablar yazılıb, bu məsələ dərsliklərdə də var, filmlər də çəkilib. Kanadalıların hinduların başına gətirdikləri amansızlıqlar, hindu uşaqlarını məhv etməsi bütün dünyaya məlumdur. Onlar XIX əsrin ortalarında odlu silahlarla odlu silahlara bələd olmayan yerli xalqları sürü şəklində qabaqlarına qatıb qırıblar. Orada özləri məskən salmaq və özlərinə tabe etmək üçün müqavimət göstərənlərin əksəriyyətini qırıb məhv ediblər, yerdə qalanları itaətdə saxlamaq üçün onlara guya xəstəxanalar, məktəblər açıblar. Yerli hinduları cəlb etmək üçün xüsusi olaraq kanadalı məmurlar hazırlayıblar. Həm Kanada dövlətinin, həm də o məmurların əli ilə yerli xalq kütlələrini son dövrlərə qədər itaət altında saxlamaq üçün hər cür vəhşiliklər törədiblər. Azərbaycan xalqının yaxşı bir zərb-məsəli var: “Yağışlar yağdı, yarğanlar örtüldü”. Yəni o yağış yağıb yarğanı örtüyü kimi, Kanadanın da hindulara qarşı cinayətləri ört-basdır edilib. Kanadalılar yerli qırmızıdərililərin üzərində hər cür təcrübələr aparıblar, onların orqanlarını başqa ölkələrdə satmaqla milyardlar əldə ediblər. Kanada etnik təmizləmə, hindu uşaqlara qarşı hər cür zorakılıqla, vəhşiliklə, hindu xalqının başına gətirdiyi facilərlə ad çıxarıb. Görün nə qədər kütləvi məzarlıqlar ortaya çıxıb. Kanada elə zənn edirdi ki, hər şey unudulub, yaddan çıxıb, ona görə də Fransanın yolunu tutub. Əlzəcairdə minlərlə insanın qanını tökən vəhşi Fransanın prezidenti Makron babalarının cinayətlərini yadından çıxarıb “demokratiya” carçısı kimi Cənubi Qafqaza soxulmaq istəyir. Çünki işğalçılıq, müstəmləkəçilik meyli qanından gəlir. Düzdür, nə qədər cəhd göstərsə də, alınmayacaq. İndi də dünyanın o başından Kanadanın xarici işlər naziri gəlib bölgəni qarışdırır, onun dili ilə Kanada “burda mən də varam” demək istəyir. Amma onun burada yeri yoxdur”-deyə Q.Hacıyev vurğuladı.

Q.Hacıyev əlavə etdi ki, ermənilər Fransanın, Kanadanın və başqa onlar kimi ölkələrin yolunu davam etdirir, azərbaycanlılara qarşı soyqırım cinayətləri törədib, kütləvi məzarlıqlar yaradıb. Dünyanın hər yerinə yayılan ermənilərin “harada çörək var ora vətəndir” devizini xatırladan Q.Hacıyev bildirdi ki, onlar bu yolla özlərinə tərəfdarlar, adamlar toplayıblar, o adamlar da əsasən yüksək vəzifəli şəxslərdir. Dünyada 870-ə qədər erməni diaspor təşkilatının olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, ermənilərin soyqırımlar törətməsinə də Kanada kimi ölkələr “ilham” verib. Latın Amerikası ölkələrinin bəzilərində qondarma “erməni soyqırımı” “abidəsi” qoyulduğunu deyən Q.Hacıyev qeyd etdi ki,  bütün hallarda cinayət tördən dövlətlərə məsuliyyət müəyyən edilməlidir. “Azərbaycana qarşı qondarma ittihamlar irəli sürən Kanada, Fransa və başqa ölkələr geri dönüb öz qanlı cinayətlərinə, etnik təmizləmə siyasətlərinə baxsınlar”-deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA








VİDEO

İrəvan iqtisadi siyasi həyatda açar mövqeni rəsmən ABŞ-a verdi... - VİDEO

2023-ün delimitasiyada dönüş ilinə dönməsi Rusiyadan asılıdır - Bakıdan Lavrova əsas mesaj... - VİDEO

Ermənistan Laçın məsələsinə Tehranı da qatdı - İranın sülh və sərhəd pozuculuğu... - VİDEO

İlham Əliyevin Qranada səfərindən imtinası şəraitə tam adekvatdır... Nə qədər ki, Fransa açıq ermənipərəstlikdən çəkilməyib...

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı... - Aydın QULİYEV yazır...

Prezident İlham Əliyev xalqa müraciət etdi - Azərbaycan öz suverenliyini bərpa etdi... - VİDEO

SON XƏBƏRLƏR

01.11.2023 / 15:54
ABŞ senatoru açıqladı - Ağ Ev etiraf etdi: HƏMAS 500 amerikalını əsir götürüb...

01.11.2023 / 15:07
Kadırov güc strukturlarına iğtişaşçıları güllələməyi əmr etdi - alnından atəş açın...

01.11.2023 / 14:25
Nazirliyin vəzifəlisi həbs edildi....

01.11.2023 / 12:17
Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

01.11.2023 / 12:01
ŞOK: Bakıda kişi qonşu qadını yumruqla vurub öldürdü!

01.11.2023 / 11:43
TƏCİLİ: Suriyada ABŞ hərbi bazasına hücum olub!

01.11.2023 / 11:41
"Ermənilər təslim olanları da qətlə yetirirdilər" - Meşəli soyqırımının şahidi

01.11.2023 / 11:35
"O cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi"

01.11.2023 / 11:18
Türkiyəli aktyor 15 milyona torpaq sahəsi aldı

01.11.2023 / 11:02
Milli Məclis sabah dövlət büdcəsini müzakirə edəcək

01.11.2023 / 11:01
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

01.11.2023 / 10:56
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanını qəbul etdi

01.11.2023 / 10:51
HƏMAS ABŞ daxilində hücumlar həyata keçirə bilər - FTB-dən xəbərdarlıq...

01.11.2023 / 10:45
Prezident İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

01.11.2023 / 10:22
Ermənistan hökuməti amerikalı reperə 6 milyon dollar ödədi

01.11.2023 / 10:15
Bu ingilis müğənni psixi pozğunluqdan əziyyət çəkir

01.11.2023 / 10:04
TÜRKSOY- un dövlət teatr rəhbərləri Bəyanat imzaladılar.. .

01.11.2023 / 10:03
"Azərpoçt"a müvəqqəti sədr əvəzi təyin olunub

01.11.2023 / 10:01
XƏBƏRDARLIQ: Bu gün Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq

01.11.2023 / 09:54
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi olacaq

01.11.2023 / 09:25
Hələ də nağdsız satışdan yayınan ticarət nöqtələri var...

01.11.2023 / 09:25
TÜRKSOY- un 1- ci Teatr Festivalı Şuşadan start götürdü....

01.11.2023 / 09:21
İsrsil diplomatı Hitlerin ulduzunu döşünə taxdı...

01.11.2023 / 09:11
FİFA DÇ-2034 üçün ev sahibi ölkəni açıqladı

01.11.2023 / 09:02
Misir Qəzza zolağı ilə sərhəddə tanklar yerləşdirdi

01.11.2023 / 08:51
İstanbulda polisimizə böhtan atdı və ifşa olundu- 500 min ?

01.11.2023 / 08:42
Rusiyaya qarşı 5,3 milyard dollarlıq sanksiya "hədiyyəsi"

01.11.2023 / 08:41
Bakıda binaların həyətlərinə girişin məhdudlaşdırılması qanunidirmi?..

01.11.2023 / 08:37
Messi bu futbolçuları “Qızıl top"a əsas namizəd kimi göstərdi

01.11.2023 / 01:07
Misir İsrailin təzyiqinə boyun əyməyəcəyini bəyan etdi - fələstinli qaçqınları qəbul etməyəcəyik

31.10.2023 / 22:54
Qarabağdakı sülhməramlıların hərbi texnikası Rusiyaya göndərilir...

31.10.2023 / 20:37
ABŞ-la İran üz-üzə dayandılar...

31.10.2023 / 20:16
Kənar Qərb güclərinin Qafqaza soxulmasının günahkarı tək Ermənistanmı? - Bəs Rusiya?..

31.10.2023 / 20:00
Kamala Harris Amerikanın Qəzza siyasətini dəyişir? - “Fələstinlilərin də hüququ var”...

31.10.2023 / 19:43
Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...

31.10.2023 / 19:34
15 min manat rüşvət alan mərkəz direktoru həbs edildi

31.10.2023 / 19:25
Qəzza fəlakəti Rusiya cəmiyyətini parçaladı...

31.10.2023 / 19:11
Paşinyan rus və fransız hərbi bazalarını kəllə-kəlləyə gətirir...

31.10.2023 / 18:55
ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”

31.10.2023 / 18:39
Azərbaycanda elektromobillər çoxlu problemlər yaradır...

31.10.2023 / 18:35
YAP-ın Xətai təşkilatında "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirildi - FOTO

31.10.2023 / 18:23
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi - FOTO

31.10.2023 / 18:10
ABŞ da Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulur - Kanadadan sonra 2-ci...

31.10.2023 / 17:55
Kanadanın ermənipərəst siyasətini Fransa yönəldir...

31.10.2023 / 17:41
Böyük Qayıdış demoqrafik tərəqqinin yeni istiqamətini açmaqdadır...

31.10.2023 / 17:38
Yəmən İsrailə müharibə elan etdi...

31.10.2023 / 17:28
Prezident Zəngəzur dəhlizinin açılmasına əlavə 14 milyon manat ayırdı...

31.10.2023 / 17:22
Netanyahunun vəziyyəti ağırlaşır...

31.10.2023 / 17:20
“Bakcell” Əhmədlidə yeni mağaza açdı - FOTO

31.10.2023 / 17:14
Müstəmləkə cinayətlərinə görə Kanada Fransa ilə bir sırada durur...

31.10.2023 / 17:00
Paşinyan Ukrayna ilə dialoqu genişləndirir - Rusiyaya yeni sürpriz...

31.10.2023 / 16:47
Rusiyadan Ermənistana gedən turistlər niyə bu qədər çoxalıb?..

31.10.2023 / 16:41
Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir...

31.10.2023 / 16:39
Prokurorluq işçilərinin say həddində dəyişikliklər edildi

31.10.2023 / 16:35
2023-cü il üzrə Ümumdünya Məskunlaşma Günü Bakıda keçiriləcək

31.10.2023 / 16:34
Ovçuların Ovçular Cəmiyyətinə üzvlüyü məcburi olmayacaq - Qanuna dəyişiklik edildi

31.10.2023 / 16:23
Türkiyə BMT TŞ-yə alternativ təşkilat yaradılmasını təklif etdi - Rusiyadan reaksiya ver...

31.10.2023 / 16:16
Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təhvil verdi

31.10.2023 / 16:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

31.10.2023 / 15:48
“İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir” - Əhliman Əmiraslanov

31.10.2023 / 15:30
Sumqayıtda 2 nəfəri öldürən şəxs evi yandırmaq istəyib - Baş Prokurorluq və DİN yeni məlumat yaydı

31.10.2023 / 15:27
Xalqın qürur yeri – şəhid Zabil Azadlı... - FOTO

31.10.2023 / 15:23
TDT-yə üzv ölkələrin liderləri Astanada toplaşır - müzakirə ediləcək məsələlər açıqlandı...

31.10.2023 / 15:10
Rəsmən təsdiqləndi - Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu başqa yerə köçürür...

31.10.2023 / 14:44
Sosial yardımlar nə qədər artacaq? - Deputat açıqladı

31.10.2023 / 14:28
Rusiyalı milyarder Fransada saxlandı

31.10.2023 / 14:05
Əli Nağıyev Buriçlə ermənilərdən danışdı....

31.10.2023 / 13:53
Azərbaycanda "TikTok"un fəaliyyəti bərpa edildi

31.10.2023 / 13:51
Kanadanın İrəvandakı səfiri Fransanı ittiham etdi - Sülh prosesinə mane olur...

31.10.2023 / 13:45
İtaliyalı admiral Azərbaycanda - Baş Qərargahda təntənəli qarşılama mərasimi keçirildi - FOTO/VİDEO

31.10.2023 / 13:31
ABŞ-ın İraqdakı hərbi bazasına hücumlar intensivləşir...

31.10.2023 / 13:18
DTX rəisi AŞ-nin baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırdı

31.10.2023 / 13:12
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşuldu

31.10.2023 / 13:03
Кто хочет столкнуть мусульман и евреев? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

31.10.2023 / 12:45
Akademik: "Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir"

31.10.2023 / 12:33
"Qərbi azərbaycanlılara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları yazılır" - Əziz Ələkbərov

31.10.2023 / 12:09
Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb - Milli Məclisdə açıqlandı

31.10.2023 / 12:02
İsraildən açıqlama: terror aktı planlaşdıran 3 nəfər saxlanılıb

31.10.2023 / 11:53
Xəstəxanalarda “Randevu” sistemi olacaq

31.10.2023 / 11:34
Mətbuat Şurası jurnalist gödəkçəsi paylamadığını bəyan etdi

31.10.2023 / 11:21
“Bakıda ucuzluqdur” - Kot-d'İvuarlı futbolçu

BAKI-XƏBƏR QƏZETİ PDF ARXİV

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930