Kanadanın İrəvandakı səfiri Fransanı ittiham etdi - Sülh prosesinə mane olur...
Fransa Ermənistanı silahlandırmaqla Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsinə mane olur.
Trend xəbər verir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanadanın Xarici işlər və Beynəlxalq İnkişaf Komitəsinin iclasında deyib.
Səfirin sözlərinə görə, sanksiyalar Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə edilməsi üzrə səyləri sarsıda bilər.
"Hazırda sanksiyalar yolunu seçmək sülh istiqamətində davam edən səyləri pozmaq riski daşıyır", - o deyib.
Bundan başqa, kanadalı səfir Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib.
"Bu, Azərbaycanın sülh prosesinin irəliləməsinə kömək edə biləcək planlaşdırılmış beynəlxalq görüş və müzakirələrdən geri çəkilməsinə səbəb oldu”, - E.Törner deyib.
Qeyd edək ki, bu yaxında Fransa Ermənistana silah satacağını bəyan edib və oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastian Lekornünün dəvəti ilə Fransaya səfər edib. Fransalı nazir Ermənistana konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını" deyib.