Cümə axşamı günü, 21 noyabr 2024
KÖHNƏ VERSİYA            

İrəvana son şans: Ya Zəngəzur dəhlizini açacaq, ya da...

Image

İrəvan istənilən ssenaridə Zəngəzur dəhlizini açmalı olacaq. Bunu rus hərbi ekspert İqor Korotçenko sosial şəbəkə hesabında yazıb. O, daha sonra bildirib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxan Ermənistan Azərbaycanla Türkiyə arasında məngənədə sıxılmış qoz halına düşəcək: bir az daha təsir göstərdikdə partlayacaq. Ermənistan NATO-ya qəbul edilməyəcək, Türkiyə bloka salacaq. İstənilən ssenaridə İrəvan Zəngəzur dəhlizini açmalı olacaq”.

Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın üçtərəfli öhdəliklərindən biridir. Amma İrəvan indiyə kimi buna əməl etmir. Azərbaycan bu şəraitdə Ermənistana sonuncu xəbərdarlıqlarını edib. Elə bu günlərdə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, Azərbaycan alternativ nəqliyyat marşrutları üzərində çalışacaq. Hacıyevin sözlərinə görə, Azərbaycan logistika ehtiyaclarını “Ermənistan hökumətinin şıltaqlığı”na uyğunlaşdırmaq niyyətində deyil və ölkəmiz regional tərəfdaşları ilə birlikdə irəliləyəcək: “İrəvan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və təcrid olunmuş vəziyyətdə qalmağı davam etdirmək istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil. Regionun digər ölkələri ilə alternativ layihələr üzərində artıq fəal işlər görülür". Bununla yanaşı, prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticari-iqtisadi əlaqələr regionun sülh, sabitlik və rifahına töhfə verəcək. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiyanın mövqeyini Azərbaycan yüksək qiymətləndirir. Hikmət Hacıyev bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur: “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin Ermənistan ərazisindən keçərək təmin edilməsi deməkdir. Bəyanatın bu bəndi, təqribən üç ilə yaxın zaman keçsə də, Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özü üçün sərfəlidir, çünki bu ölkə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində regionun nəqliyyat və logistika arxitekturasından kənarda qalıb”. İndiki şəraitdə, Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativləri çoxdur. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu ilə yükaşımalar artır. Bu yol Zəngəzur dəhlizindən uzun olsa da, Bakı-Tiflis-Qars dəmiryolu ilə daşımalar ildən-ilə çoxalır. Elə prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı da bildirib ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tiflis-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yolla daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlət başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Yəni Zəngəzur dəhlizi olmadan da Çin, Mərkəz Asiya, Türkiyə və Avropa arasında körpü rolunu oynayan dəhlizimiz var. Digər alternativ marşrut İranla bağlıdır. Keçən ilin mart ayında Azərbaycanla İran arasında memorandum imzalanıb. Həmin memoranduma görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantıların – dəmir və avtomobil yolunun İran üzərindən həyata keçirilməsi planlaşdırıb. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədən keçəcək. Azərbaycan bütün xərcləri öz üzərinə götürüb. 

Beləliklə, Zəngəzur dəhlizinin açılmasının ləngiməsi Ermənistanın özünün əleyhinədir. Digər tərəfdən bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşaması üçün də çox önəmlidir. Erməni türkoloq Ruben Safrastyan bu fonda qeyd edir: “Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yaxın keçmişdə çox açıq şəkildə ifadə etdiyi yanaşmalardan vaz keçəcəyini düşünmürəm. O deyib: “Ermənistan Azərbaycanın təqdim etdiyi maksimalist tələblər əsasında Azərbaycanla müqavilə imzalamalıdır, ikincisi, Ermənistan Zəngəzur dəhlizini təmin etməlidir. Bunlar ilkin şərtlər deyil, tələblərdir”. O bildirib ki, rəsmi İrəvan bu tələbləri yerinə yetirməyənə qədər danışıqlarda heç bir dəyişiklik olmayacaq: “Çünki dəhliz Türkiyə üçün daha vacibdir, o, bir neçə mühüm problemi həll edir. Bu dəhliz vasitəsilə Türkiyə Azərbaycanla maneəsiz əlaqə yaratmaq imkanı əldə edir. Dəhliz Türkiyənin pantürkist planlarını həyata keçirməsi üçün də vacibdir. Bu yol Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Orta Asiyanın türkdilli ölkələri ilə əlaqə yaratmağa imkan verir. Onu da qeyd edim ki, dəhliz yeni deyil, Zəngəzur 1918-ci ildə Batumi müqaviləsində də qeyd olunur. Orada Türkiyənin nəzarətinə keçəcəyi bildirilir. Deməli bu, Türkiyənin yüz illik planıdır”. Rusiyayönümlü erməni bloqer Mika Badalyan isə iddia edir ki, Zəngəzur dəhlizi Qərb tərəfindən açılacaq: “Qərb Zəngəzur dəhlizini açmağı planlaşdırır. “Googlemaps”da Zəngəzur və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin istifadəyə veriləcəyi məlumatları qeyd olunub. Bu hissənin açılması ancaq Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün mümkün ola bilər. “Google” öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu cür qurumlar çoxdan ləğv olunub, Rusiya açıq şəkildə “Google” şirkətinə məlumat ötürə bilməz. Azərbaycan məlumat ötürsəydi, o zaman bu, Ermənistanda bilinərdi. Yeganə variant ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumat almaqdır. Bu məlumat sübut edir ki, regionda baş verən hər şeyin arxasında Qərb dayanır və məqsədi, Ermənistanın parçalanması hesabına olsa belə, Zəngəzur dəhlizinin həyata keçirilməsidir”. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu da bu günlərdə bildirib ki, Türkiyə yaxın aylarda Zəngəzur dəhlizinin açılışına başlayacaq:  “Zəngəzur dəhlizi məsələsində biz müəyyən yol keçmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan bunu qısa zamanda həyata keçirəcək”. Azərbaycan üzrə erməni ekspert Varujen Qeqamyan isə iddia edir ki, gərginlik daha da genişlənərsə və eskalasiya qaynar mərhələyə keçərsə, Azərbaycan Ermənistanın cənubunu kəsmək istiqamətində ildırımsürətli addım atacaq:
“Bu, Naxçıvanın şimal hissəsindən İstisuya qədər olan ərazidir. Bura məsafə cəmi 30 kilometrdir, Azərbaycan istəsə, ildırımsürətli əməliyyatla bu xətti kəsə bilər. Bu prosesə Türkiyənin də açıq dəstək verəcəyi sirr deyil. Ermənistan hakimiyyəti isə heç nə etmir, ya da etmək istəmir”.

Samirə SƏFƏROVA








VİDEO

İrəvan iqtisadi siyasi həyatda açar mövqeni rəsmən ABŞ-a verdi... - VİDEO

2023-ün delimitasiyada dönüş ilinə dönməsi Rusiyadan asılıdır - Bakıdan Lavrova əsas mesaj... - VİDEO

Ermənistan Laçın məsələsinə Tehranı da qatdı - İranın sülh və sərhəd pozuculuğu... - VİDEO

İlham Əliyevin Qranada səfərindən imtinası şəraitə tam adekvatdır... Nə qədər ki, Fransa açıq ermənipərəstlikdən çəkilməyib...

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı... - Aydın QULİYEV yazır...

Prezident İlham Əliyev xalqa müraciət etdi - Azərbaycan öz suverenliyini bərpa etdi... - VİDEO

SON XƏBƏRLƏR

01.11.2023 / 15:54
ABŞ senatoru açıqladı - Ağ Ev etiraf etdi: HƏMAS 500 amerikalını əsir götürüb...

01.11.2023 / 15:07
Kadırov güc strukturlarına iğtişaşçıları güllələməyi əmr etdi - alnından atəş açın...

01.11.2023 / 14:25
Nazirliyin vəzifəlisi həbs edildi....

01.11.2023 / 12:17
Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

01.11.2023 / 12:01
ŞOK: Bakıda kişi qonşu qadını yumruqla vurub öldürdü!

01.11.2023 / 11:43
TƏCİLİ: Suriyada ABŞ hərbi bazasına hücum olub!

01.11.2023 / 11:41
"Ermənilər təslim olanları da qətlə yetirirdilər" - Meşəli soyqırımının şahidi

01.11.2023 / 11:35
"O cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi"

01.11.2023 / 11:18
Türkiyəli aktyor 15 milyona torpaq sahəsi aldı

01.11.2023 / 11:02
Milli Məclis sabah dövlət büdcəsini müzakirə edəcək

01.11.2023 / 11:01
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

01.11.2023 / 10:56
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanını qəbul etdi

01.11.2023 / 10:51
HƏMAS ABŞ daxilində hücumlar həyata keçirə bilər - FTB-dən xəbərdarlıq...

01.11.2023 / 10:45
Prezident İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

01.11.2023 / 10:22
Ermənistan hökuməti amerikalı reperə 6 milyon dollar ödədi

01.11.2023 / 10:15
Bu ingilis müğənni psixi pozğunluqdan əziyyət çəkir

01.11.2023 / 10:04
TÜRKSOY- un dövlət teatr rəhbərləri Bəyanat imzaladılar.. .

01.11.2023 / 10:03
"Azərpoçt"a müvəqqəti sədr əvəzi təyin olunub

01.11.2023 / 10:01
XƏBƏRDARLIQ: Bu gün Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq

01.11.2023 / 09:54
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi olacaq

01.11.2023 / 09:25
Hələ də nağdsız satışdan yayınan ticarət nöqtələri var...

01.11.2023 / 09:25
TÜRKSOY- un 1- ci Teatr Festivalı Şuşadan start götürdü....

01.11.2023 / 09:21
İsrsil diplomatı Hitlerin ulduzunu döşünə taxdı...

01.11.2023 / 09:11
FİFA DÇ-2034 üçün ev sahibi ölkəni açıqladı

01.11.2023 / 09:02
Misir Qəzza zolağı ilə sərhəddə tanklar yerləşdirdi

01.11.2023 / 08:51
İstanbulda polisimizə böhtan atdı və ifşa olundu- 500 min ?

01.11.2023 / 08:42
Rusiyaya qarşı 5,3 milyard dollarlıq sanksiya "hədiyyəsi"

01.11.2023 / 08:41
Bakıda binaların həyətlərinə girişin məhdudlaşdırılması qanunidirmi?..

01.11.2023 / 08:37
Messi bu futbolçuları “Qızıl top"a əsas namizəd kimi göstərdi

01.11.2023 / 01:07
Misir İsrailin təzyiqinə boyun əyməyəcəyini bəyan etdi - fələstinli qaçqınları qəbul etməyəcəyik

31.10.2023 / 22:54
Qarabağdakı sülhməramlıların hərbi texnikası Rusiyaya göndərilir...

31.10.2023 / 20:37
ABŞ-la İran üz-üzə dayandılar...

31.10.2023 / 20:16
Kənar Qərb güclərinin Qafqaza soxulmasının günahkarı tək Ermənistanmı? - Bəs Rusiya?..

31.10.2023 / 20:00
Kamala Harris Amerikanın Qəzza siyasətini dəyişir? - “Fələstinlilərin də hüququ var”...

31.10.2023 / 19:43
Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...

31.10.2023 / 19:34
15 min manat rüşvət alan mərkəz direktoru həbs edildi

31.10.2023 / 19:25
Qəzza fəlakəti Rusiya cəmiyyətini parçaladı...

31.10.2023 / 19:11
Paşinyan rus və fransız hərbi bazalarını kəllə-kəlləyə gətirir...

31.10.2023 / 18:55
ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”

31.10.2023 / 18:39
Azərbaycanda elektromobillər çoxlu problemlər yaradır...

31.10.2023 / 18:35
YAP-ın Xətai təşkilatında "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirildi - FOTO

31.10.2023 / 18:23
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi - FOTO

31.10.2023 / 18:10
ABŞ da Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulur - Kanadadan sonra 2-ci...

31.10.2023 / 17:55
Kanadanın ermənipərəst siyasətini Fransa yönəldir...

31.10.2023 / 17:41
Böyük Qayıdış demoqrafik tərəqqinin yeni istiqamətini açmaqdadır...

31.10.2023 / 17:38
Yəmən İsrailə müharibə elan etdi...

31.10.2023 / 17:28
Prezident Zəngəzur dəhlizinin açılmasına əlavə 14 milyon manat ayırdı...

31.10.2023 / 17:22
Netanyahunun vəziyyəti ağırlaşır...

31.10.2023 / 17:20
“Bakcell” Əhmədlidə yeni mağaza açdı - FOTO

31.10.2023 / 17:14
Müstəmləkə cinayətlərinə görə Kanada Fransa ilə bir sırada durur...

31.10.2023 / 17:00
Paşinyan Ukrayna ilə dialoqu genişləndirir - Rusiyaya yeni sürpriz...

31.10.2023 / 16:47
Rusiyadan Ermənistana gedən turistlər niyə bu qədər çoxalıb?..

31.10.2023 / 16:41
Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir...

31.10.2023 / 16:39
Prokurorluq işçilərinin say həddində dəyişikliklər edildi

31.10.2023 / 16:35
2023-cü il üzrə Ümumdünya Məskunlaşma Günü Bakıda keçiriləcək

31.10.2023 / 16:34
Ovçuların Ovçular Cəmiyyətinə üzvlüyü məcburi olmayacaq - Qanuna dəyişiklik edildi

31.10.2023 / 16:23
Türkiyə BMT TŞ-yə alternativ təşkilat yaradılmasını təklif etdi - Rusiyadan reaksiya ver...

31.10.2023 / 16:16
Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təhvil verdi

31.10.2023 / 16:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

31.10.2023 / 15:48
“İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir” - Əhliman Əmiraslanov

31.10.2023 / 15:30
Sumqayıtda 2 nəfəri öldürən şəxs evi yandırmaq istəyib - Baş Prokurorluq və DİN yeni məlumat yaydı

31.10.2023 / 15:27
Xalqın qürur yeri – şəhid Zabil Azadlı... - FOTO

31.10.2023 / 15:23
TDT-yə üzv ölkələrin liderləri Astanada toplaşır - müzakirə ediləcək məsələlər açıqlandı...

31.10.2023 / 15:10
Rəsmən təsdiqləndi - Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu başqa yerə köçürür...

31.10.2023 / 14:44
Sosial yardımlar nə qədər artacaq? - Deputat açıqladı

31.10.2023 / 14:28
Rusiyalı milyarder Fransada saxlandı

31.10.2023 / 14:05
Əli Nağıyev Buriçlə ermənilərdən danışdı....

31.10.2023 / 13:53
Azərbaycanda "TikTok"un fəaliyyəti bərpa edildi

31.10.2023 / 13:51
Kanadanın İrəvandakı səfiri Fransanı ittiham etdi - Sülh prosesinə mane olur...

31.10.2023 / 13:45
İtaliyalı admiral Azərbaycanda - Baş Qərargahda təntənəli qarşılama mərasimi keçirildi - FOTO/VİDEO

31.10.2023 / 13:31
ABŞ-ın İraqdakı hərbi bazasına hücumlar intensivləşir...

31.10.2023 / 13:18
DTX rəisi AŞ-nin baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırdı

31.10.2023 / 13:12
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşuldu

31.10.2023 / 13:03
Кто хочет столкнуть мусульман и евреев? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

31.10.2023 / 12:45
Akademik: "Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir"

31.10.2023 / 12:33
"Qərbi azərbaycanlılara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları yazılır" - Əziz Ələkbərov

31.10.2023 / 12:09
Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb - Milli Məclisdə açıqlandı

31.10.2023 / 12:02
İsraildən açıqlama: terror aktı planlaşdıran 3 nəfər saxlanılıb

31.10.2023 / 11:53
Xəstəxanalarda “Randevu” sistemi olacaq

31.10.2023 / 11:34
Mətbuat Şurası jurnalist gödəkçəsi paylamadığını bəyan etdi

31.10.2023 / 11:21
“Bakıda ucuzluqdur” - Kot-d'İvuarlı futbolçu

BAKI-XƏBƏR QƏZETİ PDF ARXİV

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930