Laçın postunda müsadirə olunmuş nərd bu əlamətinə görə separatizmi təbliğ edir...
Erməni mətbuatı haray salıb ki, “azərbaycanlılar “Biz və bizim dağlar” abidəsinin təsviri olan nərd taxtasını müsadirə edib”. Yazırlar ki, Laçın keçid məntəqəsində oyuncaq “Arsax”ın “simvolu” olan “Biz və bizim dağlar” abidəsinin təsviri olan əl işləməsi nərd 5-6 min ABŞ dolları dəyərində qiymətləndirilir.
Məlum olduğu kimi, avqustun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma “respublika”nın “gerbi” təsvir olunan nərd taxtası müsadirə edilib.
Keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma “respublikanın gerbi”nin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.
Eskeprtlər bildirir ki, o nərd xüsusi məqsədlə hazırlanıb və qondarma qurumun təbliğatına həsr olunub, eyni zamanda nərd taxtasında əks olunan “Biz və bizim dağlar” abidəsi erməni separatizminin simvoluna çevrilib. Erməni separatçıları bu abidəni oyuncaq qurumun simvoluna çevirməklə ermənilərin Qarabağın “yerli sakinləri” olduğunu “sübut etmək”, 1978-ci ildə Qarabağa gəlmələrinin 150 illiyinə qoyduqları abidəni unutdurmaq üçün bundan istifadə edirlər.
Məlum olduğu kimi, Azərbaycan ərazisində, Azərbaycan şəhəri Xankəndinin girişində Azərbaycan dövlətinin büdcəsi hesabına qoyulan “Biz və bizim dağlar” abidəsini ermənilər “nənə və baba” adlandırır. Heykəl heç bir dövlət tərəfindən tanınmayan separatçı rejimin “rəsmi simvollarından” biridir və artıq tarixin zibil qutusuna atılan keçmiş “DQR”-in “gerbində” istifadə edilib.
“Biz və bizim dağlar" abidəsi 1967-ci ildə ucaldılıb. Abidənin müəllifi Azərbaycan sakini, erməni mənşəli memar Sarkis Baqdasaryandır. Abidə Azərbaycan SSR sakini tərəfindən Azərbaycan SSR ərazisində Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılıb..
“Nənə və baba” abidəsinin simvolik mənasına diqqət yetirək, görək ermənilər niyə onu separatçıların simvoluna çeviriblər. Tədqiqatçılara görə, abidə özündə “erməni milli geyimində” olan yaşlı kişi və qadını əks etdirib. Qeyd edilir ki, hər ikisinin bədəninin yarı hissəsinin torpağın altında olması ilə “sübuta yetirilmək” istənilib ki, bu yaşlı ermənilər məhz “bu torpaqdan yaranıblar”.
- “...Əxlaqsızlıq yuvası olan bu abidə onların milli simvoluna çevrildi”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Bakı-Xəbər”ə şərhində “İlk öncə qeyd edim ki, bu abidə barədə ermənilərin saxta məlumatları rus mediasında çox yayılır. Realıq budur ki, bu abidə hazırlananda ermənilər ona başqa ad veriblər: “Nənə və baba”. Abidə özündə erməni milli geyimində olan yaşlı kişi və qadını əks etdirib. Hər ikisinin bədəninin yarı hissəsinin torpağın altında olması kimi təqdim olunan abidə ilə sübuta yetirilmək istənilib ki, bu yaşlı ermənilər məhz bu torpaqdan yaranıblar. Yəni abidənin siyasi mənası Qarabağ torpaqlarının guya əzəldən ermənilərə məxsus olmasını, qədim vaxtlarda Qarabağda məhz ermənilərin yaşadığını çatdırmaq məqsədi güdüb. Bu ada ilk olaraq Azərbaycan hökuməti etirazını bildirib. Həmçinin Bakıda bu abidənin Xankəndi şəhərinin girişinə qoyulmasına da etiraz olunub. Bu dəfə də ermənilərin istəyinin gerçəkləşməsinə Moskva imkan yaradıb. “Moskvalı ermənilər” abidənin Xankəndinin girişində qoyulmasına Mərkəzi Komitədən razılıq ala biliblər. Amma ad məsələsini saxlamaq mümkün olmayıb. Bu mümkünsüzlüyün qarşısında ermənilər “Biz və bizim dağlar” adı ilə abidənin adını rəsmiləşdiriblər. Lakin burda bir gizlədilən məqam var. 1965-ci ildə ermənilər İrəvanda uydurma soyqrımın ildönümü ilə bağlı aksiya keçirir. Həmin aksiya zamanı iki azərbaycanlının başı kəsilir. O hadisədən sonra iki xalq arasında müharibə qığılcımları yaranmışdı. Amma sovet hakimiyyəti bunun qarşısını aldı. Həmin hadisədən sonra Xankəndidə yaşayan bir çox azərbaycanlı Şuşa və Bakıya köçdü. O zaman ermənilərə ciddi təzyiqlər oldu və guya bu abidə azərbaycanlı-erməni dostluğuna, İkinci Dünya müharibəsində birlikdə iştiraka həsr edildi. Amma pulunu bizim dövlət ödədi. Ermənilər 1965-ci ildən bəri abidənin tam olaraq nəyi simvolizə etdiyini aydınlaşdıra bilmirlər. Mən bir mənbədən oxumuşdum ki, onlar bu abidəni Stepan Şaumyanın simvolu, bəzi mənbələrdə isə Tiqranın simvolu kimi təqdim edirlər. Onlar abidəyə erməni qadın və kişi simvolunu da verməyə çalışıblar. Sətiraltı mənası guya Tiqran və onun həyat yoldaşıdır.
Abidə qırmızı tuğdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tuğlardan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq etmənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tuğdan istifadə edilməyib.
Abidəni ermənilər nənə-baba ( ermənicə Tatik-Papik) kimi də tanıtmağa cəhd edirlər. Abidə Azərbaycan SSR sakini tərəfindən Azərbaycan SSR ərazisində Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır. Müharibəyə qədər bu abidə ermənilərin ciddi saymadığı yer olub. Yadımdadır, 1986-cı ildə Xankəndiyə gedəndə atam deyirdi ki, bax bu abidə əyyaş və avaraların toplandığı bir yerdir. Bura normal adamlar gəlmirlər. Üzr istəyirəm, erməni qadınları abidənin yanında əxalqsızlıq edirdilər. Lakin 1990-cı ildən sonra ermənilər başladılar buranı təmir edib “milli” kimi təqdim etməyə, səbəb də bu idi ki, Qarabağın ən qədim və tarixi abidələri hamısı Azərbaycan xalqına məxsus idi və ermənilərin ortaya çıxaracaq heç bir şeyi yox idi. Buna görə də əxlaqsızlıq yuvası olan bu abidə onların milli simvoluna çevrildi.
Ümumiyyətlə. ermənilərin yaşadığı bütün Azərbaycan ərazilərində bizim büdcəmizdən ayrılan vəsait hesabına tikilən, təmir olunan nə varsa hamısı Azərbaycanın maddi-mədəni dəyərləri hesab olunur. Bakıda da erməni sənətkarlarının tikdiyi evlər var. Bu o demək deyil ki, o evlər ermənilərə məxsusdur. Burda sadəcə bir fakt var ki, həmin abidə erməni memar Sərkis Baqdasaryanın əl işidir. Mən həmin abidənin sökülməsinin qəti əleyhinəyəm. Ümumiyyətlə, heç bir abidəyə toxunmaq olmaz. Yalnız xaçları çıxartmaqla kifayətlənmək olar gələcəkdə”.
İradə SARIYEVA