Kadırov güc strukturlarına iğtişaşçıları güllələməyi əmr etdi - alnından atəş açın...
Çeçenistanın lideri Ramzan Kadırov güc strukturlarına müraciət edib, itaətsizlik halında üç xəbərdarlıq atəşi açdıqdan sonra iğtişaşçıların alnından atəş açsınlar.
Rusiya mətbuatı xəbər verir ki, o, bu barədə Çeçenistan Respublikası hökumətinin iclasında Daxili İşlər Nazirliyi və Rosqvardiya nümayəndələrinə bildirib.
“Əgər bizdə bir nəfər belə olsa icazəsiz iğtişaşlara çıxarsa, onu həbs edin və ya havaya üç dəfə xəbərdarlıq atəşi açın. Bundan sonra əgər şəxs qanuna əməl etmirsə, dördüncü dəfə alnından güllələyin. Daha çıxmayacaqlar. Bu mənim əmrimdir”, – Kadırov bildirib.
Bu bəyanatı çeçen lideri bazar günü Təl-Əvivdən Mahaçqalaya müntəzəm reysin gəlməsi ilə əlaqədar yüzlərlə insanın hava limanının ərazisinə daxil olmasından sonra verib. İğtişaşlar zamanı 20-dən çox insan yaralanıb, 83 nəfər həbs edilib. Kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.
Bundan əvvəl Kadırov Çeçenistanda analoji təxribatın qarşısının alındığını bildirib.
TAHİR