Rusiyaya qarşı 5,3 milyard dollarlıq sanksiya "hədiyyəsi"
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketinə hazırlaşır. Belə ki, Rusiyaya qarşı ümumi həcmi 5,3 milyard dollar olan ticarət məhdudiyyətləri işə salınacaq. Təklif olunan yeni məhdudiyyətlər qaynaq avadanlıqlarının, kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə edilə bilən digər texnologiyaların ixracına təsir edəcək.
Bundan başqa, proqram təminatı lisenziyalarının verilməsi və bəzi işlənmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat vasitələrinin və almazın idxalını qadağan etmək planları müzakirə olunur. Qeyd edək ki, yeni siyahıya 100 fiziki və 40 hüquqi şəxsin daxil ediləcəyi gözlənilir.
Mətləb