Misir İsrailin təzyiqinə boyun əyməyəcəyini bəyan etdi - fələstinli qaçqınları qəbul etməyəcəyik
Misirin baş naziri Mustafa Madbuli çərşənbə axşamı bəyan edib ki, ölkəsi İsrailin təzyiqinə boyun əyməyəcək və Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyəcək. Bu barədə EFE agentliyi xəbər verir.
“Prezident Əbdülfəttah Əs-Sisinin dediyi kimi, Misir bizə nəyisə zorla qəbul etdirməyə və ya regional problemləri bizim hesabımıza həll olunmasına imkan verməyəcək", - Mədbuli Sinay yarımadasının şimalındakı El-Ariş şəhərində çıxışı zamanı bildirib.
O, həmçinin əmin edib ki, Qahirə yaxın illərdə Sinay yarımadasının inkişaf və yenidənqurma planlarını genişləndirməyi planlaşdırır, layihəyə milyardlarla Misir funtu yatırım edir ki, «Misirin Sinaydan imtina edəcəyini heç kim düşünməsin».