Rusiyalı milyarder Fransada saxlandı
Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada nəzarət altına alınıb. “Le Monde” qəzeti Milli Maliyyə Prokurorluğuna istinadən şübhəlinin Parisin yeddinci rayonundakı evində və onun Sen-Tropedəki villasında aparılan axtarışlardan yazıb.
Qəzet Kuzmiçevi “Rusiyanın ən nüfuzlu adamlarından biri” adlandırıb və onun Ukraynadakı hadisələrlə bağlı Avropa İttifaqı sanksiyaları altında olduğunu qeyd edib. O, Fransa ərazisində olarkən sanksiya siyahısına daxil edilib.
Prokurorluğun bildirdiyinə görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən “sanksiyaların pozulması” ilə bağlı şübhələrə aiddir.
Ötən il martın 15-dən Kuzmiçev Aİ-nin sanksiyaları altındadır.
Kuzmiçevin nümayəndələri bu məlumatla bağlı hələlik heç bir şərh verməyib.
Alfa Group-un həmtəsisçisi və keçmiş həmtəsisçisi Aleksey Kuzmiçev Fransada çirkli pulların yuyulması və sanksiya qanunvericiliyinin pozulması işi çərçivəsində saxlanılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “pul yığınları” aşkar ediblər.