ŞOK: Bakıda kişi qonşu qadını yumruqla vurub öldürdü!
Oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun oktyabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qonşuları Marina Çabanova və Nərminə Vəliyevaya xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Mətləb