"Mançester Yunayted" daha bir antirekorda imza atıb...
Ən böhranlı dövrünü yaşayan İngiltərənin "Mançester Yunayted" klubu daha bir antirekorda imza atıb. Heç cürə acınacaqlı məğlubiyyətlərdən canını qurtara bilməyən "qırmızı-şeytanlar" şotlandiyalı baş məşqçi Aleks Ferqyusonun gedişindən sonra "Old Trafford"da 34 Premyer Liqa matçında uduzub. Son məğlubiyyət ötən gün X turda "Mançester Siti" ilə oyunda (0:3) qeydə alınıb.
Komanda 81 yaşlı mütəxəssisin 26 illik dönəmində çempionatda yalnız 34 dəfə yenilib. Qeyd edək ki, Aleks Ferqyuson 1986-cı ilin noyabrından 2013-cü ilin mayına qədər "Mançester Yunayted"in baş məşqçisi olub.
Mətləb