Milli Məclis sabah dövlət büdcəsini müzakirə edəcək
Noyabrın 2-dən Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başlayır. Layihə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirə olunacaq.
Noyabrın 6-da isə büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.
Mətləb